Avroliqada həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avroliqada həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol üzrə UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Qurumun saytında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Arsenal"ın hücumçusu Qabriel Martinelli birinci olub. O, səsvermədə Malen (PSV), Elyunussi ("Seltik") və Rafael Forsteri ("Ludoqorets") qabaqlayıb. Qeyd edək ki, Martinelli "Standard"a 4:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə