"Qarabağ"dan QƏLƏBƏ 4:1

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda "Düdelanj"ın qonağı olub.

"Qarabağ"ı ilk görüşdə səfərdə Kipr APOEL-ni 4:3 udan bu rəqiblə asan oyun gözləmədiyini deyirdilər. Ancaq proqnozların əksinə olaraq "Qarabağ" artıq birinci hissədə yerli komandanın qapısından 3 cavabsız top keçirib. İkinci hissəyə də fəal başlayan Ağdam təmsilçisi 69-cu dəqiqədə meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur edib. 4:0. Oyunun son saniyələrində Bədavi Hüseynovun ötürmədə səhvindən istifadə edən yerli oyunçular hesabı 1:4 ediblər. Beləliklə, "Qarabağ" səfərdən 3 xal gətirməyi bacarıb. Qrupun digər oyununda "Sevilya" APOEL-i qəbul edir.

3 oktyabr

A qrupu

23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4 (Birinci hissə)
Qol: Abdullah Zubir, 11, Miçel, 31, Almeyda, 38-pen, Dani Kintana, 69, Bernier 90.
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. "Jozi Bartel" stadionu.

23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr) - 1:0 (Birinci hissə)
Qol: Çiçarito, 18

Bütün xəbərlər Facebook səhifəmizdə