Villian "Çelsi"də 300-cü oyununu keçirib

Villian "Çelsi"də 300-cü oyununu keçirib

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Lill”lə keçirilən oyun “Çelsi” nin futbolçusu Villian üçün əlamətdar olub. Qol.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi London klubunun forması ilə 300-cü oyununu keçirib. O, həm də komandasına qələbə qazandıran qolun müəllifi olub. Qeyd edək ki, 2013-cü ildən “Çelsi”də çıxış edən Villian, 300 oyunda 54 qol vurub və 53 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə