Millimiz Olimpiya Təsnifat Turnirində Hollandiya və Polşaya rəqib olub

Millimiz Olimpiya Təsnifat Turnirində Hollandiya və Polşaya rəqib olub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Olimpiya Təsnifat Turnirlərindəki rəqibləri dəqiqləşib. SİA-nın məlumatına görə, yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək yarışda yığma A qrupunda mübarizə aparacaq.

Hələlik baş məşqçisi olmayan komandamız ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

Qeyd edək ki, qadınların mübarizəsində Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya Olimpiadada iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə