“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağı olacaq. “Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədəlidir.
Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxacaq.
UEFA Avropa Liqası
Qrup mərhələsi, II tur
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Con Biton
Yan xətt hakimləri: Daniel Makfarlan və Duqlas Potter
Dördüncü hakim: Donald Robertson (hakimlər briqadası Şotlandiyadandır)
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç)
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)
“Jozi Bartel” stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB