“Qarabağ”ın baş meneceri Avropa Klublar Assosiasiyasının İşçi Qrupuna üzv seçilib
Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupuna seçkilər keçirilib.
SİA xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın baş meneceri Asif Əsgərov qurumun katibi seçilib.
Klub rəsmisi İtaliya təmsilçisi "Milan"ın prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il fəaliyyət göstərəcək. A.Əsgərov burada "Tottenhem", "Arsenal" (hər ikisi (İngiltərə), "Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Yuventus" (İtaliya), "Barselona" (İspaniya) və "Borussiya" (Dortmund, Almaniya) rəsmiləri ilə birlikdə yer alıb.
Qeyd edək ki, bunadək iki il İşçi Qrupun üzvü olan A.Əsgərov Azərbaycanın buradakı ilk və yeganə təmsilçisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB