Bu gün "Düdelanj" "Qarabağ" oyunu öncəsi mətbuat konfransı keçiriləcək
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq "Düdelanj" (Lüksemburq) - "Qarabağ" qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. SİA-nın məlumatına görə, bu gün "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Bakı vaxtıyla saat 20:45-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi "Josy Barthel" stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB