Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkənin Milli Olimpiya Komitəsində (MOK) olub. BOK-un rəsmi saytında yer alan məlumatda deyilir ki, MOK-un prezidenti şahzadə Abdel Əziz bin Türkü əl-Saidlə görüşən T.Bax ölkədə idmana dövlət qayğısından, eləcə də idmançıların “Tokio 2020” Olimpiadasına hazırlıq işlərindən məmnun qalıb.
İdman zalında qılıncoynatma, stolüstü tennis, atletika, futbol və taekvondo idman növü üzrə yeniyetmə idmançılarla səmimi söhbət edən T.Bax hətta onlarla qılınc da tutub. “BOK prezidenti kimi Səudiyyə Ərəbistanında idmanın inkişafı, insanların sağlam həyat tərzinə marağını görmək çox xoşdur. Yeniyetmə idmançılardakı ruh yüksəkliyi xüsusilə, məni valeh etdi. Həmin idmançıların arasında qızların da olması sevindiricidir”, - deyə T.Bax əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB