Teymur Rəcəbov ikinci görüşdə uduzub

Teymur Rəcəbov ikinci görüşdə uduzub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda ikinci final görüşünü keçirib. 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla oynayıb. Görüş rəqibin qələbəsi ilə bitib. İlk görüş heç-heçə yekunlaşdığı üçün Liren ümumi hesabda önə keçib - 1,5:0,5. Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 2 partiya oynayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə