Ölkə təmsilçilərimiz yarışın "ən yaxşı hakimi" olublar

Ölkə təmsilçilərimiz yarışın "ən yaxşı hakimi" olublar

Hakimlərimiz beynəlxalq arenalarda keçirilən yarışlarda döyüşləri növbəti dəfə uğurla idarə ediblər. SİA-nın məlumatına görə, Rusiyanın paytaxtı Moskva şəhərində 28-29 sentyabr tarixlərində təşkil edilən "Rossia Open" G1 kateqoriyalı turnirdə döyüşləri idarə edənlər arasında dörd ədalət təmsilçimiz də yer alıb. Belə ki, beynəlxaq dərəcəli hakimlərimizdən Ramal Camalov, Tural Vəlibəyov, Elşad Məmmədov, və Coşqun Nadirovun iştirak etdiyi yarışda Tural Vəlibəyov idarə etdikləri döyüşlərdə verdikləri düzgün qərarları ilə yarışın "ən yaxşı hakimi" adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə