Azərbaycan idmançısı turnirin qalibi olub

Azərbaycan idmançısı turnirin qalibi olub

Azərbaycan idmançısı Nihat Tağızadə Rusiyanın Anapa şəhərində keçirilən kikboksinq üzrə Daimond dünya kuboku yarışlarının qalibi olub. SİA-nın məlumatına görə, turnirdə 42 kiloqram çəki dərəcəsində mübarizə aparan 15 yaşlı idmançımız WAKO versiyası üzrə yarışlarda bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə rusiyalı idmançını məğlub edən N.Tağızadə dünya kubokuna sahib olub.

Turnirdə 28 ölkədən döyüşçülər birincilik uğrunda mübarizə aparıblar.

Qeyd edək ki, N.Tağızadə “Qızıl əlcək” idman klubunun üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə