“Neftçi”nin iki futbolçusu Haiti millisində oynayacaq

“Neftçi”nin iki futbolçusu Haiti millisində oynayacaq

“Neftçi”nin futbolçuları Haiti milli komandasına dəvət olunublar. SİA-nın məlumatına görə, Soni Mustivar və Donald Gerye yığmanın oktyabrda keçiriləcək oyunlarına çağırılan heyətə daxil edilib.

Yarımmüdafiəçilər oktyabrın 10-u Kosta Rika ilə KONKAKAF Milli Liqası matçında iştirak etmək imkanı qazanıblar. Onların da yer aldığı milli 5 gün sonra Boliviya ilə yoldaşlıq oyununa çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə