ÇSKA və "Portu" 1/8 finala vəsiqə qazanıblar

ÇSKA və "Portu" 1/8 finala vəsiqə qazanıblar

Fevralın 24-də Avropa Liqasınında 1/16 final mərhələsinin cavab görüşləri keçirilib. SİA-nın məlumatına görə, artıq bu mərhələnin 2 cavab görüşü başa çatıb.

Səfərdə minimal hesablı qələbə qazanan Moskva ÇSKA-sı Yunanıstanın PAOK klubunu qəbul edib. Qapıçının səhvi nəticəsində hesabda geri düşən ruslar oyunda bərabərlik qolunu vurmağa nail olublar. Bununla da, növbəti mərhələyə vəsiqəni təmin edən ÇSKA ilk 1/8 finalçı olub.

Dünən öz meydanında "Sevilya"nı qəbul edən "Porto" isə məğlubiyyətə uğrayıb. Yeganə topu 71-ci dəqiqədə Luiş Fabiano vurub. Hər iki komanda oyunu 10 futbolçu ilə başa vurub. "Portu"dan Alvaro Perreyra birbaşa, "Sevilya"dan isə Aleksis ikinci sarı vərəqə ilə meydançadan qovulub.

Məğlubiyyətə baxmayaraq, "Portu" 1/8 finala vəsiqə qazanıb. Buna Portuqaliya təmsilçisinin İspaniyadakı ilk görüşdə qələbə qazanması səbəb olub - 2:1. İki oyunun cəmində hesab bərabərləşsə də, məhz səfərdə daha çox qol vurduğu üçün "Portu" mərhələ adlayıb.

1/8 finalda "Portu" Rusiyanın MOİK komandası ilə üz-üzə gələcək. Qeyd edək ki, Avroliqanın 1/8 final mərhələsinin ilk oyunları martın 10-da, cavab görüşləri isə ayın 17-də keçiriləcək.

Bu gün axşam isə daha 14 qarşılaşma keçiriləcək. Türkiyənin yeganə təmsilçisi olan "Beşiktaş"ın ilk oyunu uğursuz alınıb. Öz meydanında Kiyev "Dinamo"suna 1:4 hesabı ilə məğlub olan "Beşiktaş"ın növbəti mərhələ şansı yalnız möcüzəyə qalıb. İstanbul təmsilçisinin bu görüşdə möcüzə edə biləcəyi isə heç də inandırıcı görünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə