Azərbaycan yığması Qazaxıstanı darmadağın edib

Azərbaycan yığması Qazaxıstanı darmadağın edib

Bakı İdman Sarayında futzal üzrə 2012-ci il Avropa çempionatının seçmə turniri start götürüb. SİA-nın məlumatına görə, ilk turda İspaniya Fransa ilə, Azərbaycan isə Qazaxıstanla qarşılaşıb.

Hər iki matçda böyük hesablı qələbə qeydə alınıb. İspaniya millisi Fransanın qapısından 4 cavabsız top keçirib. Millimiz isə Qazaxıstanı 3 top fərqi ilə yenib. Bu oyunlardan sonra İspaniya və Azərbaycan yığmalarının hərəyə 3 xalı olsa da, daha yaxşı top fərqinə malik pirneylilər liderliyə yiyələniblər.

18:30. İspaniya Fransa - 4:0
Blanko (1:0), Alvaro (2:0), Fernandes (3:0), Fabian (4:0)

21:00. Azərbaycan - Qazaxıstan - 6:3
Penqrin (0:1), Serjao (1:1), Felipe (2:1), Biro Jade (3:1), Biro Jade (4:1), Felipe (5:1), Serjao (6:1), Jamankuliyev (6:2), Taku (6:3).

Bütün xəbərlər Facebook səhifəmizdə