AFFA-nın İntizam Komitəsinin qərarları

AFFA-nın İntizam Komitəsinin qərarları

21 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi” klubunun 19 №-li futbolçusu Rauf Əliyev azarkeşlə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbardarlıq edilir. SİA-nın məlumatına görə bunlar AFFA-nın İntizam Komitəsinin qərarlarında bildirilir. Azarkeşlərin davranışına görə "Qəbələ" klubuna ciddi xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

26 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun V turunun “Səbail-2” – “Zaqatala” matçında “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
26 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun V turunun “Qaradağ Lökbatan” – “Qarabağ-2” matçının 89-cu dəqiqəsində “Qarabağ-2” klubunun 45 №-li futbolçusu Rauf Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minimum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1).
26 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun V turunun “Neftçi-2” – “Sabah-2 matçında “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minimum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunur (maddə 64.1).
27 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun V turunun “Kəpəz” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
27 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun V turunun MOİK – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
Oyunun 85-ci dəqiqəsində MOİK klubunun 9 №-li futbolçusu Raul Yaqubzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur (maddə 38.1).
Oyunun 90+5-cu dəqiqəsində MOİK klubunun 98 №-li futbolçusu Ümid Şükürlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47).
MOİK klubu oyunun videoyazısını aparmadığına görə klub 80 manat cərimə olunur (maddə 60).
MOİK klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).
28 sentyabr 2019-cu il, Bakcell U-17 Liqasının “Qarabağ” – “Sumqayıt” matçının 21-ci dəqiqəsində “Qarabağ” klubunun 7 №-li futbolçusu Elnar Ələkbərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 63-cü dəqiqəsində “Sumqayıt” klubunun 2 №-li futbolçusu Nurlan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
28 sentyabr 2019-cu il, Bakcell U-17 Liqasının “Zirə” – “İsgəndər Cavadov BFA” matçının 87-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 6 №-li futbolçusu Yusif İmaməliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
26 sentyabr 2019-cu il, U-16 Liqasının “Səbail” – “Xilə” matçının 53-cü dəqiqəsində “Səbail” klubunun 4 №-li futbolçusu Raul Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
26 sentyabr 2019-cu il, U-16 Liqasının “Sabah” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Sabah” klubunun 3 №-li futbolçusu Elmir Babayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 72-ci dəqiqəsində “Sabah” klubunun 9 №-li futbolçusu Qəşəm Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır (maddə 41.3).
26 sentyabr 2019-cu il, U-16 Liqasının “İsgəndər Cavadov BFA” – “Mil-Muğan” matçının 80+2-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 5 №-li futbolçusu Rəmzi Səfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
29 sentyabr 2019-cu il, Boulevard Hotel U-15 Liqasının “Sabah” – “Binə” matçının 55-ci dəqiqəsində “Binə” klubunun 5 №-li futbolçusu Xəyal Ələkbərli və “Sabah” klubunun 4 №-li futbolçusu Əli Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
Oyunun gedişində “Binə” klubunun azarkeşləri meydana daxil olaraq rəqib komandaya hucum edib. Nəticədə oyun yarımçıq dayandırlıb. Bu səbəbdən “Binə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 48).
Meydan sahibi kluba – “Sabah”a təhlükəsizliyi tam təmin etmədiyi üçün ciddi xəbərdarlıq olunur. Bu hal yenidən təkrar olunacağı təqdirdə kluba qarşı sanksiya tətbiq olunacaq.
29 sentyabr 2019-cu il, U-14 Liqasının “Səbail” – “Məqsəd Kursları” FK matçının 62-ci dəqiqəsində “Səbail” klubunun 25 №-li futbolçusu Səfər Sadiqzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
28 sentyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının “Neftçi” İK İB – “Vətən” RİOEUGFM matçının 48-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 10 №-li futbolçusu Nihad Şahhüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
28 sentyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının “Qala” (Şəmkir) – “Turan Tovuz” matçının 48-ci dəqiqəsində “Qala” klubunun 24 №-li futbolçusu Elmir Hüseynli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.3).
29 sentyabr 2019-cu il, U-12 Liqasının UGİM Naftalan – UGİM Ulduz Mingəçevir matçının 17-ci dəqiqəsində UGİM Naftalan klubunun baş məşqçisi Xəyal Abdullayev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 2 oyun cəzalanır (maddə 41.4).
29 sentyabr 2019-cu il, U-12 Liqasının UGİM Gənclərbirliyi – “Çinar” UGFHK matçında “Çinar” UGFHK komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 sentyabr 2019-cu il, U-10 Liqasının “Metak” (Qusar) – “Xızı Təhsil” matçında “Xızı Təhsil” komandasının heyətində protokolda adı olmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
29 sentyabr 2019-cu il, U-12 Qızlar Liqasının “Aran” FK (Ağcabədi) – “Bəhramtəpə” (İmişli) matçında “Bəhramtəpə” komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
28 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Harmony Hotel” – “Metropoliten” matçının 30-cu dəqiqəsində “Metropoliten” klubunun 4 №-li futzalçısı Mahir Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
“Harmony Hotel” komandasının heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
30 sentyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Marafon” – “Record club” matçının 28-ci dəqiqəsində “Record club” klubunun 12 №-li futbolzalçısı Sayedahmad Yaghoubi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
Oyunun 28-ci dəqiqəsində “Marafon” klubunun 17 №-li futzalçısı Sərxan Məstiyev rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).
30 sentyabr 2019-cu il, futzal üzrə Yüksək Liqanın “Xızı Futzal” – “Bakı” TFK matçı başa çatdıqdan sonra “Xızı Futzal” klubunun baş məşqçisi Yasin Yaqubzadə və komandanın rəhbəri Orxan Allahverdiyev hakimlər briqadasın təhqir etdiyinə görə hər biri 5 oyun cəzalanır (maddə 41.4).
28 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Standard” – “Zəngilan” matçının 24-cü dəqiqəsində “Zəngilan” klubunun 10 №-li futzalçısı Elçin Mustafayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47).
27 sentyabr 2019-cu il, futzal üzrə Birinci Liqanın “Star Karqo” – “Baku Fire-2” matçı başa çatdıqdan sonra “Baku Fire-2” klubunun 1 №-li futbolçusu Murad Salahzadə rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır (maddə 41.1).

Bütün xəbərlər Facebook səhifəmizdə