Məktəblilər arasında şahmat birinciliyinə keçirilib

Məktəblilər arasında şahmat birinciliyinə keçirilib

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında şahmat birinciliyi keçirilib.

SİA-nın məlumatına görə, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində təşkil olunan yarışa Xalidə Həsənova hakimlik edib.

Yarışda 244 nömrəli tam orta məktəbin komandası birinci olub. 246 nömrəli məktəb-liseyin komandası yarışı ikinci, 126 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə