AFFA-nın nümayəndəsi UEFA-nın seminarında iştirak edəcək

AFFA-nın nümayəndəsi UEFA-nın seminarında iştirak edəcək

Oktyabrın 2-dən 4-dək Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə “Klubların lisenziyalaşdırılması və maliyyə Fair Play-i” mövzusunda seminar keçiriləcək.

SİA-nın məlumatına görə, seminarda AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev və qrupun baş eksperti Bəhram Dadaşov iştirak edəcəklər.

Tədbirdə ötən lisenziyalaşdırma mövsümünün icmalı, UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə Fair Play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər, Avropa futbol qurumu tərəfindən hazırlanmış, qitəni əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı, lisenziyalaşdırma üzrə qərarlar və müvafiq nəticələr müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə