"Kuboku qazanmasaq, özümü öldürməyəcəm" - Qvardiola

"Kuboku qazanmasaq, özümü öldürməyəcəm" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Zaqreb "Dinamo"su ilə oyun öncəsi turnirin qalibi olmaq şanslarından danışıb.

SİA-nın "sports.ru" saytına istinadən yaydığı xəbərə görə, o, hədəflərinin ÇL-i qazanmaq olduğunu deyib:

"Amma bəzən bu, mümkün olmur. Bəzən bir neçə il, bəzən isə daha uzun zaman alır. "Barselona" ilk Çempionlar Liqasının kubokunu 1992-ci ildə qazanıb. Qarşıdakı 10 ayı Çempionlar Liqasını qazanmamağın böyük uğursuzluq olacağı düşüncəsi ilə yaşayacağam. Qalib olmaq istəyirəm, amma bacara bilməsəm, bu, mənim həyatımı dəyişdirməyəcək. Kuboku qazanmasaq, özümü öldürməyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə