Bu yay "Ayaks"dan "Yuventus"a transfer olunan Matteys de Liqtin "Barselona"ya keçiddən imtina etməsinin səbəbi müəyyənləşib. Xarici KİV-lər bu barədə yazıblar. Sən demə, hollandiyalı müdafiəçini bu fikrindən Kataloniya klubunun oyunçusu Jerar Pike daşındırıb. 20 yaşlı futbolçu gələcəyi ilə bağlı qərar verməzdən əvvəl istirahət etdiyi Baham adalarında Pike ilə təsadüfən görüşüb. Onlar arasında xoş olmayan danışıq olub. Bundan sonra De Liqt Turin təmsilçisinə keçməyə qərar verib. Qeyd edək ki, "Yuventus" bu yay De Liqtlə 5 illik müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB