Teymur Rəcəbov heç-heçə ilə başladı

Teymur Rəcəbov heç-heçə ilə başladı

Bu gün şahmat üzrə Dünya Kubokunun final qarşılaşması start götürüb. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 4 partiyadan ibarət mini-matçın ilk görüşündə ağlarla Dinq Lirenin (Çin) müqavimətini qıra bilməyib. İspan partiyası debütünü seçən həmyerlimiz 33-cü gedişdə heç-heçəyə razılaşıb. Sabah rəqiblər ikinci partiyada üz-üzə gələcəklər. Qeyd edək ki, qalibi 110, finalda uduzanı isə 80 min dollar mükafat gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə