Ağdaşda keçirilən respublika turnirinin qalibləri müəyyənləşib

Ağdaşda keçirilən respublika turnirinin qalibləri müəyyənləşib

Ağdaş Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında uşunun çinda və sanda növləri üzrə respublika turniri keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşkil etdiyi yarışa 15 klubdan 200-ə yaxın idmançı qatılıb.

SİA-nın məlumatına görə, turnirdə “Arktika” komandası birinci olub. “Göyçay” yarışı ikinci, “Məhəmmədi Anar” komandası isə üçüncü yerdə başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə