Ukraynalı mütəxəssis Yuri Vernidub “Sabah”ın baş məşqçisi təyin oluna bilər.
SİA xəbər verir ki, bu gün danışıqlar üçün Bakıya gələn məşqçi Premyer Liqanın “Səbail”ə qarşı ev oyununu stadiondan canlı izləyir.
Danışıqlar müsbət yekunlaşarsa, Vernidub karyerasını Azərbaycanda davam etdirəcək.
Xatırladaq ki, Vernidub ölkəsində “Metallurq” (Zaporojye) və “Zarya” klublarını çalışdırıb. Onun oğlu Vitali Vernidub 2015-18-ci illərdə "Qəbələ"də oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB