“Dinamo”nun məğlub olduğu oyunda Şeydayev yenə ehtiyatda qalıb

“Dinamo”nun məğlub olduğu oyunda Şeydayev yenə ehtiyatda qalıb

Rusiya Premyer Liqasında 11-ci turun oyunları davam edir.

SİA xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva “Dinamo”su səfərdə "Rostov"la qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

Şeydayev yenə sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, “Dinamo” hazırda 10 xalla 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə