"Qarabağ"ın rəqibi tarixində 14-cü dəfə Kipr Superkubokunun qalibi olub

"Qarabağ"ın rəqibi tarixində 14-cü dəfə Kipr Superkubokunun qalibi olub

Kipr Superkuboku uğrunda oyun keçirilib.

SİA xəbər verir ki, həlledici matçda Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən ollan APOEL və Limassol AEL-i üz-üzə gəlib. Görüş 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 26-cı dəqiqədə Merkis vurub.

Bununla da APOEL tarixində 14-cü dəfə Kipr Superkubokunun qalibi olub.

Qeyd edək ki, “Qarabağ”ın APOEL-lə ilk oyunu oktyabrın 24-də Bakıda, növbəti matçı isə noyabrın 7-də Kiprdə baş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə