Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi müəyyənləşib

Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi müəyyənləşib

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Dünya Kubokunun finalındakı rəqibi dəqiqləşib.

SİA xəbər verir ki, 32 yaşlı qrossmeyster Rusiyanın Xanti-Mansiysk şəhərində keçirilən yarışın həlledici matçında çinli Dinq Lirenlə üz-üzə gələcək.

Asiyalı yarımfinalda həmyerlisi Yu Yanq Lidən üstün olub. Onlar klassik şahmatda hər iki görüşdə heç-heçə oynadığından qalib sürətli şahmatda müəyyənləşib. Burada 1,5:0,5 hesabı ilə qələbə qazanan D. Liren finala yüksəlib.

2020-ci ildə keçiriləcək İddiaçılar turnirində iştirak hüququ qazanan T. Rəcəbovla D. Liren arasındakı ilk görüş sentyabrın 30-da olacaq. Üçüncü yer uğrunda oyunda isə fransalı Maksim Vaşye-Laqravla Yu Yanq Li üz-üzə gələcək.

Qeyd edək ki, D. Liren ikinci dəfə finalda oynayacaq. O, 2017-ci ildə Levon Aronyana (Ermənistan) uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə