“Başakşəhər”dən darmadağın

“Başakşəhər”dən darmadağın

Türkiyə Superliqasında 6-cı tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Turun açılış oyununda “Başakşəhər” “Rizəspor”u qəbul edib və 5 cavabsız qolla qalib gəlib.

"Başakşəhər" – "Rizəspor" - 5:0
Qollar: Aleksiç, 19, 75, Gulbrandsen, 33. Krivelli, 87, U.Kahveçi, 90+1

Bu qələbə ilə xalını 8-ə yüksəldən İstanbul klubu 6-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 13 xalla "Alanyaspor" başçılıq edir. "Fənərbaxça" 10 xalla ikinci, "Qazişəhər" eyni xalla üçüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə