“Tokio 2020”-nin məşəl estafetində iştirak üçün müraciətlərin sayı açıqlanıb

“Tokio 2020”-nin məşəl estafetində iştirak üçün müraciətlərin sayı açıqlanıb

Yaponiyanın yerli hakimiyyət orqanları və korporativ sponsorlar gələn il keçiriləcək Tokio Olimpiadasının məşəl estafetində iştirak etmək istəyən 530 mindən çox insanın müraciətini qəbul ediblər. SİA-nın məlumatına görə, martın 26-da Fukuşima prefekturasından start götürəcək estafet iyulun 24-də başa çatacaq. Estafetdə bütün ölkə üzrə 10 mindən çox həvəskarın iştirak edəcəyi gözlənilir.

Prefekturanın hakimiyyət orqanları və sponsor qismində çıxış edən dörd korporativ şirkət iyunun ortalarından avqustun axırınadək ictimaiyyətin müraciətini qəbul edib.

Bu orqanların son seçimindən sonra məlumatın təşkilat komitəsinə veriləcəyi bildirilir. Seçilmiş şəxslərə bu barədə məlumat dekabrın sonlarında onların elektron poçtları vasitəsilə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə