Alban əsilli futbolçu “Arsenal”ın kapitanı oldu

Alban əsilli futbolçu “Arsenal”ın kapitanı oldu

“Arsenal”ın yeni kapitanı müəyyənləşib.“BBC Sport”un məlumatında deyilir ki, baş məşqçi Unay Emeri kapitanlıq sarğısını alban əsilli isveçrəli yarımmüdafiəçi Qranit Cakaya verib. Vitse-kapitan isə Aleksandr Lyakazett və ya Pier-Emerik Obameyanq olacağı gözlənilir. Qeyd edək ki, buna qədər "Arsenal"ın kapitanı avqustda London klubundan "Bordo"ya keçən Loren Koselni idi.

Bütün xəbərlər Facebook səhifəmizdə