“Barselona”nın cəriməsini öz cibimdən verməyə hazıram”

“Barselona”nın cəriməsini öz cibimdən verməyə hazıram”

“Atletiko” futbol klubunun prezidenti Enriko Sereso Antuan Qrizmannın nəzərdə tutulduğu vaxtdan tez transfer etdiyinə görə “Barselona”nın 300 avro cərimə olunmasına münasibət bildirib.İspaniya mətbuatının yazdığına görə, E.Sereso bu qərara istehzalı münasibət bildirib: “Mən “Barselona”nın bu cəriməsini öz cibimdən verməyə hazıram. Bu, normal deyil. Amma qayda belədir. Arzu edirəm ki, “Barselona” klubu və azarkeşləri Qrizmanna “Atletiko”da olduğu kimi münasibət bəsləsinlər, futbolçu isə öz oyunundan həzz alsın. Əgər biz qarşılaşsaq, Qrizmannla heç bir problem olmadan görüşəcəyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə