Sumo üzrə Avropa birinciliyinə start verilib

Sumo üzrə Avropa birinciliyinə start verilib

Sentyabrın 27-də Macarıstanın paytaxtı Budapeştə sumo üzrə Avropa birinciliyinə start verilib.

SİA-nın məlumatına görə, qitə birinciliyində Azərbaycanı Məhərrəm Eyvazov, Nahid Vəliyev, Əli Süleymanov, Hüseyn Hüseynov, Elcan Tarverdiyev və Ağamalı Abdulov təmsil edirlər.

Komandamız yarışlarda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparır.

Qeyd edək ki, yarışlarda hakim Rəsul Həsənov ədaləti qoruyur.

Bütün xəbərlər Facebook səhifəmizdə