Bir çox idman növlərində dırnaqarası federasiyalar da mövcuddur. SİA-nın məlumatına görə, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev məsələ ilə bağlı bunları söyləyib: “Saxta qurumlara qarşı mübarizə aparırıq. Bizim federasiya ilə əməkdaşlıq edən heç bir idmançı saxta yarışlara qatılmır. Buna qarşıyıq. Dünyanın tanıdığı beynəlxalq yarışlara, WAKO-nun turnirlərinə qatılırıq. Saxtakarlığın qarşısını 99 faiz almışıq. Məqsədimiz kütləviliyi təmin etməkdir. Saxta insanların qarşısını almağı tək bacarmırıq. İdmançı yarışda iştirak edəndə mətbuat orqanı federasiyadan soruşmalıdır. Bizim başqa idman növləri kimi böyük sponsorumuz yoxdur. İdmançıları WAKO-nun il ərzində 22 yarışından 3-nə göndərə bilirik. Saxta federasiyalar ilə əlaqələr qurmuruq. Onların adlarını çəkmək istəmirəm. O saxtakarların klubları belə yoxdur. Azərbaycan Kikboksinq Federasiyasının isə 100-dən çox klubu var. Onlar saxtakarlığı bacarırlar, İncəsənət Universitetin bitiriblər. Federasiyamızın ünvanı var. Hər bir məsələdə əlaqə saxlamağınızı istəyirəm. İstəyirəm ki, əsl çempionlarımızı işıqlandırsınlar”.
Beyker isə əlavə edib ki, məhz bu səbəbdən Azərbaycanda bu idman növü çox inkişaf edir.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov kikboksinqin ölkədə ən məşhur idman növlərindən biri olduğunu vurğulayıb: “Bu idman növündə beynəlxalq yarışlarda iştirak etmişik və edirik. Ölkəmizdə həm olimpiya, həm də qeyri-olimpiya növləri inkişaf edir. Bu idman növündə bizim dünya və Avropa çempionlarımız var. İdmançıların uğurları bizi sevindirir. WAKO prezidentinin ölkəmizə gəlişinin böyük önəmi var. Onun səfəri bu idman növünün daha da inkişafına təkan olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB