"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə "F91 Düdelanj" klubunun qonağı olacaq. SİA-nın məlumatına görə, Lüksemburqun Düdelanj şəhərini təmsil edən komandanın Ağdam təmsiliçuiləri ilə görüşü oktyabrın 3-də "Yosi Bartel" stadionunda keçiriləcək. Komandamızı səfərdə dəstəkləyəcək azarkeşlər oyun günu qonaq sektoru (xəritədə oxla göstərilən) önündə satış məntəqəsindən biletlərini əldə edə bilər. Biletlərin qiyməti meydan sahibi tərəfindən 30 avro olaraq müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB