Avropa birinciliyində ölkəmizi altı sumoçu təmsil edəcək

Avropa birinciliyində ölkəmizi altı sumoçu təmsil edəcək

Bu gün Macarıstanın paytaxtı Budapeştə sumo üzrə Avropa birinciliyinə start veriləcək. Belə ki, qitə birinciliyində Azərbaycanı Məhərrəm Eyvazov, Nahid Vəliyev, Əli Süleymanov, Hüseyn Hüseynov, Elcan Tarverdiyev və Ağamalı Abdulov təmsil edəcəklər. Komandamız yarışlarda Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq. Qeyd edək ki, yarışlarda hakim Rəsul Həsənov ədaləti qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə