Fatih Terim: "Hamımız oyuna hazırıq”

Fatih Terim: "Hamımız oyuna hazırıq”

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Türkiyə Superliqasının 6-cı turunda evdə “Fənərbaxça” ilə oyun öncəsi açıqlama verib. Türkiyə mətbuatının yazdığına görə, 66 yaşlı mütəxəssis İstanbul derbisinə hazır olduqlarını deyib: “Ötən il fərqli bir oyun oynadıq. Daha yaxşı nəticə ilə ayrıla biləcəyimiz bir matç 2:2 hesabı ilə bitdi. Bu həftə azarkeşlərimizin dəstəyi ilə qalib gələcəyimizə inanıram. Hamımız oyuna hazırıq”.

O, sıx oyun qrafiki ilə əlaqədar futbolçuların əvəzlənməsi ilə bağlı da danışıb: “Onlar həftədə 3 matçda oynamağa alışacaqlar. “Qalatasaray”da oynayan futbolçunun bəhanəsi ola bilməz”. Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" görüşü sentyabrın 28-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə