Nurməhəmmədovun rəqibi kim olacaq?

Nurməhəmmədovun rəqibi kim olacaq?

Mütləq döyüş çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, bu barədə idmançının meneceri Rizvan Maqomedov bildirib. O deyib ki, Nurməhəmmədov növbəti görüşünü 2020-ci ilin mart və ya aprel ayında keçirəcək. Döyüşün keçiriləcəyi yer isə hələlik müzakirə olunmayıb.

Daha əvvəl Nurməhəmmədovun növbəti rəqibi Toni Ferquson ola biləcəyi bildirilmişdi. Ancaq rusiyalı menecer Ali Abdel-Aziz, növbəti döyüşdə 31 yaşlı Həbibin kanadalı Ceorces Saint-Pierre ilə görüşəcəyini söylədi. UFC rəhbəri Dana Uayt bu mübarizəni təşkil etməyə hazır olduğunu bildirdi.

Konor Makqreqorun Nurməhəmmədovla yenidən oyun keçirmək istədiyi də qeyd edildi. Ötən ilin oktyabrında UFC 229 turnirində İrlandiyalı Rusiyalı idmançıya məğlub olmuşdu.

Qeyd edək ki, Həbib Nurməhəmmədov sentyabrın 7-də ABŞ idmançısı Dastin Poryeni məğlub edərək UFC titulunu özündə saxlayıb. 31 yaşlı idmançının 28 qələbəsi var. O, hələlik məğlubiyyətlə üzləşməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə