Cüdoçumuz yarımfinala vəsiqə qazanıb

Cüdoçumuz yarımfinala vəsiqə qazanıb

Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb. SİA-nın məlumatına görə, 60 kq çəkidə çıxış edən idmançı 1/4 finalda qazaxıstanlı Adil Marlenə qalib gəlib. O, finala vəsiqə uğrunda qırğızıstanlı Çingizxan Saqnaliyevlə qarşılaşacaq. Eyni çəkidə yer alan Turan Bayramov isə 1/4 finalda qazaxıstanlı Nursultan Zaizaqaliyevə məğlub olub.

Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının qalibi olan Bayramov təsəlliverici görüşdə kiprli Georgios Balarjişvilini ipponla udub. O, bürünc medal uğrunda Adil Marlen (Qazaxıstan) - Davit Baxbaxaşvili ilə qarşılaşacaq.

66 kq çəkidə Mətin Rzazadə iki görüşdə qalib gəlsə də, 1/8 finalda braziliyalı Mateus Pereyraya yenilib.

Qızların mübarizəsində 48 kq çəki dərəcəsində çıxış edən Səbinə Əliyeva 1/16 finalda türkiyəli Buketnur Karabulutla bacarmayıb. 52 kq çəkidə Zeynəb Məmmədova isə eyni mərhələdə yaponiyalı Kaori Tadaya uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə