Futbol üzrə Türkiyə Superliqasının 6-cı turunda keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" oyunu üçün hakim təyinatları açıqlanıb. Türkiyə Futbol Federasiyasının saytında yer alan məlumatda deyilir ki, İstanbul derbisinin baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Zorbay Küçük yerinə yetirəcək. Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" oyunu sentyabrın 28-i keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB