Mövsümün ilk “El-Klassiko”su nə vaxt keçiriləcək?

Mövsümün ilk “El-Klassiko”su nə vaxt keçiriləcək?

2019/20 mövsümünün ilk “El-Klassiko”sunun vaxtı bəlli olub. AS nəşrinin yazdığına görə, futbol üzrə İspaniya La Liqasının 10-cu turu çərçivəsindəki qarşılaşma oktyabrın 26-sı “Kamp-Nou”da keçiriləcək. Oyun yerli vaxtla saat 13.00, Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.

Qeyd edək ki, matçın belə erkən başlaması əsasən Asiya ölkələrinə teleyayım məsələsi ilə əlaqədardır. 2017/18 mövsümündə də “El-Klassiko”nun bir matçı yerli vaxtla saat 13.00-da start götürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə