Simeon Slavçev Bolqarıstan millisinə çağırıldı

Simeon Slavçev Bolqarıstan millisinə çağırıldı

"Qarabağ”ın futbolçusu Simeon Slavçev futbol üzrə Bolqarıstan millisinə çağırılıb. Bolqarıstan Futbol İttifaqının saytında yer alan məlumatda deyilir ki, baş məşqçi Krasimir Balakov Avro-2020-nin seçmə mərhələsinin Monteneqro və İngiltərə ilə oyunları üçün 26 yaşlı yarımmüdafiəçiyə də dəvət göndərib.

Qeyd edək ki, Bolqarıstan millisi oktyabrın 11-də Monteneqro ilə səfərdə, oktyabrın 14-də İngiltərə ilə Sofiyada qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə