Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start veriləcək “Avro 2020”

Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start veriləcək “Avro 2020”

Sentyabrın 28-dən etibarən “Avro 2020” Bakı Könüllülük Proqramının müsahibə mərhələsinə start veriləcək. SİA-nın məlumatına görə, sentyabrın 25-dən başlayaraq könüllülərə dəvət göndərilir, könüllü namizədlər UEFA Fame sistemi vasitəsilə müsahibə vaxtlarını seçmək imkanına sahibdirlər.

“Avro 2020” Könüllülük Proqramında 2000 könüllü seçiləcək. İndiyədək qeydiyyatdan keçməyən könüllülər noyabrın 29-na qədər qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə