Avropa Liqasınında 1/16 final mərhələsinin daha bir cavab görüşü keçirilib. SİA-nın məlumatına görə, Portuqaliyanın "Portu" klubu öz meydançasında İspaniyanın "Sevilya" komandasına 0:1 hesabı ilə uduzub.
Yeganə topu 71-ci dəqiqədə Luiş Fabiano vurub. Hər iki komanda oyunu 10 futbolçu ilə başa vurub. "Portu"dan Alvaro Perreyra birbaşa, "Sevilya"dan isə Aleksis ikinci sarı vərəqə ilə meydançadan qovulub.
Məğlubiyyətə baxmayaraq, "Portu" 1/8 finala vəsiqə qazanıb. Buna Portuqaliya təmsilçisinin İspaniyadakı ilk görüşdə qələbə qazanması səbəb olub - 2:1. İki oyunun cəmində hesab bərabərləşsə də, məhz səfərdə daha çox qol vurduğu üçün "Portu" mərhələ adlayıb.
1/8 finalda "Portu" Rusiyanın MOİK komandası ilə üz-üzə gələcək. MOİK 1/16 final mərhələsinin cavab görüşündə Yunanıstan PAOK-unu üstələyib. İlk oyunda 1:0 hesabı ilə qalib gələn "hərbçilər" Moskvada baş tutan cavab matçında heç-heçəyə nail olub - 1:1.
1/8 final oyunları martın 10-da və 17-də keçiriləcək.
1/16 final mərhələsinin qalan cavab görüşləri isə fevralın 24-də keçiriləcək.
23 fevral
"Portu" (Portuqaliya) - "Sevilya" (İspaniya) - 0:1
Qol: Luis Fabiano, 71
Qırmızı vərəqələr: Alvaro Pereyra, 72 - Aleksis, 77
İlk oyun - 2:1
22 fevral
MOİK (Rusiya) - PAOK (Yunanıstan) - 1:1
Qollar: Sergey İqnaşeviç, 80 - Zlatan Müslümoviç, 80
Penaltini vura bilməyib: Vaqner Lav, 80 (MOİK)
İlk oyun - 1:1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB