"Mançester Yunayted"in futbolçusu Pol Poqba zədəsini sağaldıb. Klubun saytında yer alan məlumatda deyilir ki, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib. O bildirib ki, fransalı yarımmüdafiəçi Liqa kubokunda "Roçdeyl"lə matçda bir neçə dəqiqə meydanda olacaq. Poqba Premyer Liqada "Arsenal"la oyuna kimi isə tam hazır olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB