"Barselona"nın futbolçusu Lionel Messi hazırkı durumu və klubunun çıxışı haqda danışıb. "Marca" xəbər verir ki, o, zədəsinin bərpası ilə bağlı bunları deyib: "Zədə səbəbindən iki ay buraxdım, bu, nəzərə çarpır. Özümdə yorğunluq və ağırlıq hiss edirəm".
Argentinalı hücumçu komandasının mövsümə pis başladığını da söyləyib: "Çətinliklə oyun qururuq və qol epizodları yaradırıq. Bu, sadəcə başlanğıcdır, indi yaxşılaşmalıyıq. Artıq vaxtımız yoxdur, bunu bilirik. Bu, komanda işidir. Daha yaxşı olacağımıza şübhəm yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB