Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin dörddəbir final mərhələsinin cavab partiyaları oynanılıb. Bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Cefferi Xionq ilə qarşılaşıb. Birinci görüşünü heç-heçə edən şahmatçımız cavab partiyasında rəqibini məğlub edərək yarımfinala yüksəlib.
T.Rəcəbovun yarımfinalda rəqibi fransalı Maksim Vaşe-Laqrav və Ermənistan təmsilçisi Levon Aronyan duelinin qalibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB