Meqan Rapino ən yaxşı qadın futbolçu seçilib

Meqan Rapino ən yaxşı qadın futbolçu seçilib

Sentyabrın 23-də Milan şəhərində “Best FIFA Football Awards 2019” çərçivəsində ən yaxşı qadın futbolçu nominasiyasının qalibi açıqlanıb.

SİA-nın məlumatına görə, ABŞ-ın futbol yığmasının yarımmüdafiəçisi Meqan Rapino FIFA tərəfindən “İlin ən yaxşı qadın futbolçusu” elan edilib. Bildirilib ki, o, milli komanda ilə birlikdə dünya çempionu olub.

Mükafata, həmçinin daha bir amerikalı futbolçu Aleks Morqan və İngiltərə yığmasının müdafiəçisi Lyusi Bronz iddialı olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə