“Araz” futzal klubunun görüşləri açıqlanıb

“Araz” futzal klubunun görüşləri açıqlanıb

UEFA Çempionlar Liqasında çıxış edəcək Naxçıvanın “Araz” futzal klubunun oyunlarının təqvimi müəyyənləşib.

SİA-nın məlumatına görə, Belçikada keçiriləcək qrup oyunlarında “Araz” komandası “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) ilə qarşılaşacaq.

Azərbaycan çempionu birinci görüşünü oktyabrın 9-da “Halle Gooik” komandasına qarşı keçirəcək. Naxçıvan təmsilçisi ertəsi gün “Benfika”, oktyabrın 12-də isə “Xerson” ilə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə