Het-trik edən futbolçu Avroliqada həftənin ən yaxşısı seçildi

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turundan sonra həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb. Qurumun rəsmi saytında yer alan məlumatda deyilir ki, qalib “Lüdoqorets”in hücumçusu Klaudiyu Keşeru olub. O, bu nominasiyada “Arsenal”ın hücumçusu Bukayo Sakanı, “Roma”nın yarımmüdafiəçisi Nikolo Zaniolo və “Bazel”in yarımmüdaifəçisi Kevin Buanı qabaqlayıb.

Qeyd edək ki, ruminiyalı Keşeru SSKA ilə matçda (5:1) het-trik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə