Ağırlıqqaldıranımız dünya çempionatında 4-cü olub

Tailandın Pattaya şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, 105 ölkədən 734 atletin qatıldığı yarışda Azərbaycan millisinin ilk üzvü körpücük üzərinə çıxıb.

Səbinə Əzimova 55 kq çəki dərəcəsinin C qrupunda mübarizəyə qoşulub. İdmançı toplam 181 kq (79 kq+102 kq) nəticə ilə qrupda 4-cü yeri tutub.

S. Əzimovanın yekun sıralamada tutduğu pillə B və A qrupunda mübarizə başa çatandan sonra məlum olacaq.

Qeyd edək ki, Azərbaycan mundialda 3 ağırlıqqaldıranla təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə