"Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir" - Qurban Qurbanov
“Məğlub olmaq istəməzdik. Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir. Bunu qəbul etməliyik”.
SİA xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin "Sevilya" ilə ilk oyunundan sonra deyib.
O, komandasının İspaniya təmsilçisinə 0:3 hesablı məğlubiyyətini şərh edib. Təcrübəli mütəxəssisin sözlərinə görə, “Sevilya” çox dinamik komandadır və topla sürətli davranır: "Yenə də futbolçularıma “çox sağ ol” deyirəm. Onlar üçün çətin idi. Belə komandaya qarşı oynamağı hər bir futbolçu gözləyir. Həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu oyunlar çox olur. Rəqibi yaxşı oyuna və qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərə də bu cür dəstəyə görə təşəkkür edirəm”.
- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. İlk turun nəticələri fikrinizdə hansısa dəyişiklik yaratdımı?
- Mütləq dəyişdi. Düşünürəm ki, bu oyundan sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda yoxdur. Düşünmədiyin nəticələr olur. Qrupda bundan sonrakı matçlara bu günkündən də çox hazırlaşmalıyıq.
- İki ölkə futbolu arasında böyük fərq var. Oyunda necə, bu hiss olundumu?
- Məncə, əlavə şərhə ehtiyac yoxdur. Əlbəttə oldu. La Liqa ən çox izlədiyim çempionatdır. Bu fərqin bu gün canlı şahidi olduq. İlk qola kimi mübarizə apara bildik. İlk qoldan sonra dəyişikliklər etdik, önə çıxmaq istədik. Dərhal da bundan istifadə etdilər. Bu, necə güclü çempionatdan gəldiklərini göstərir.
- Xayme Romeronun əvəzlənməsi nə ilə bağlı idi?
- “Neftçi” ilə matçda da demişdim ki, Xayme son günlər xəstə idi. Məşqlərdə də iştirak etmirdi. Həmin görüşdə də son 30 dəqiqədə şans vermək istədik. Bu gün isə oyunda sürət artdığından onun zədələnmə ehtimalı artdı. Bu səbəbdən tarazlığı da qorumaq üçün Dani Kintananı meydana buraxdıq.
- Araz Abdullayevi hücumun mərkəzinə buraxanda hücumçu problemini hiss etdinizmi? Bəs Miçeldən razı qaldınızmı?
- Futbolçularımdan razı qaldım. Rəqibi də nəzərə almalıyıq. Əsas hücumçumuz Mahir Emreli zədəlidir. Nə qədər imkanımız var idi, transferlərdən də o qədər istifadə edə bildik. Bu, hər dəfə alınmır.
- “Sevilya” 90 dəqiqə ərzində sürətli futbol oynadı. Bunu nəzərə alıb “Zirə” ilə matçda ehtiyat heyətə şans verməyi düşünmürsünüz?
- Bəzi futbolçular həddən artıq çox yoruldular. Ola bilər ki, bəzilərinə istirahət verək. Hər halda, bunu düşünmək üçün vaxtımız var.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Naxçıvanda İqtisadi artım üzrə Alt İşçi qrupun iclası keçirilib
İqtisadiyyat 16:14Mərkəzi Seçki Komissiyasının iclası keçirilir
Siyasət 16:12Bakı şəhərində ilk büst kimə aid idi?
Sosial 15:54İslam bankçılığı sisteminin digərlərindən fərqi nədir? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15:20Zərdabda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Hadisə 15:12IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı olub
Mədəniyyət 15:11Mərkəzi Asiyada kəsişən maraqlar - RAKURS
Siyasət 14:56AFFA iddialara aydınlıq gətirib
İdman 14:24Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib
Siyasət 14:11Payız fəsli və kənd təsərrüfatı - ARAŞDIRMA
İqtisadiyyat 13:50Azərbaycan-Belarus biznes forumu keçirilib - FOTOLAR
İqtisadiyyat 13:47Naxçıvanda 1,2 hektar sahədə badam və ərik toxumu əkiləcək - FOTOLAR
İqtisadiyyat 13:09Sabah hava yağmursuz keçəcək
Sosial 13:06Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat 12:52ETSN “II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı”na start verib
İqtisadiyyat 12:36"Energetika sahəsi daim yenilənən bir sahədir" - Vaqif Aydınoğlu
İqtisadiyyat 12:07Kitab uşağı maraqlandırmalı, yoxsa qorxutmamalıdır?
Təhsil 12:03AFFA əməkdaşları UEFA-nın seminarına qatılıblar
İdman 11:40Ararat Mirzoyan Paşinyanın “kartlarını” açır...
Siyasət 11:30Füzuli – Qəhrəmanlıqdan dirçəlişə doğru yol
Siyasət 11:30Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
İqtisadiyyat 11:13Cari ilin 9 ayında Azərbaycanda 20 milyon tondan çox neft hasil olunub
İqtisadiyyat 11:10Xalq artistinin idman sevgisi - VİDEO
Şou-Biznes 11:02Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilir - FOTO
İqtisadiyyat 11:00Xankəndidə 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb
Sosial 10:58Yasamalda mənzildə meyit tapılıb
Hadisə 10:42Özəl xəbərlər
Digər xəbərlərBakı şəhərində ilk büst kimə aid idi?
Sosial 15:54İslam bankçılığı sisteminin digərlərindən fərqi nədir? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15:20
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9752
+0,23%
-
GBP 2,2694
-0,02%
-
RUB 2,1250
+1,27%