"Real Madrid" Fransada "Lion"nla sülh bağlayıb

"Real Madrid" Fransada "Lion"nla sülh bağlayıb

Fevralın 22-də Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk görüşünə yekun vurulub. SİA-nın məlumatına görə, ilk oyun günündə turnirin 9 qat qalibi "Real Madrid" Fransada "Lion"un qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində qapılar toxunulmaz qalıb. Görüşün ikinci hissəsində hücumların kəsərini artıran madridlilər Kərim Benzema ilə rəqib qapısına yol tapıblar. 65-ci dəqiqədə fransalı hücumçu "Real Madrid"i hesabda önə çıxarıb. Lakin qonaqlar bu üstünlüklərini oyunun 83-cü dəqiqəsinə qədər qoruyub saxlaya biliblər. Batefimbi Qomis komandasına bərabərlik gətirən qolu vurub. Beləliklə 1-1 hesabı ilə bitən matçda komandalar hərəyə bir xalla kifayətlənməli olublar.

Son İngiltərə çempionu "Çelsi" isə öz meydançasında iddialı komandalara uduzmayan Danimarka "Kopenhagen"ini məğlub edib.

İkinci oyun günündə Çempionlar Liqasının son finalçıları - İtaliya "İnter"i ilə Almaniya "Bavariya"sının görüşü reallaşacaq. Bundan başqa İngiltərə "Mançester Yunayted"i Fransada "Marsel"lə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə